Erməni ermənini öldürdü

Təhqiqat çərçivəsində əsgər yoldaşlarından biri saxlanılıb

Əsgər Suren Avetisyanın ölümü ilə bağlı təhqiqat çərçivəsində əsgər yoldaşlarından biri saxlanılıb.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl verilən məlumata görə, noyabrın 24-də saat 14:50-də döyüş mövqelərinin birində əsgər Suren Avetisyan baş nahiyəsindən aldığı güllə yarası ilə tapılıb və xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, təhqiqat davam edir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button