Erməni-rus hərbçiləri yenə bir masaya oturdular

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, general-polkovnik Sergey İstrakovun başçılıq etdiyi nümayəndə heyəti Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlığı çərçivəsində kadr danışıqları aparmaq üçün Ermənistandadır.

Bu barədə “Armenpress” ə Ermənistan Respublikası Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

13 iyul tarixində nümayəndə heyəti Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Artak Davtyan tərəfindən qəbul edilib.

İclas zamanı danışıqların gündəliyi müzakirə edilib, gələcək işlərin əhatə dairəsi və istiqamətləri müəyyənləşdirilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button