Ermənilər sərhədlərin mühafizəsi üçün milyonlar ayırdı

Baş nazir vəzifəsini müvəqqəti icra edən Paşinyan Sünik bölgəsindəki sərhəd mühafizəsi ilə bağlı vəziyyətin qısa müddətdə həll edilməsini zəruri hesab edib.
xural.com erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti,  Sünik bölgəsində (Zəngəzurda) əlavə sərhəd zastavalarının yaradılması üçün 2,5 milyard dram (təxminən 5 milyon dollar) vəsait ayırıb. Bu barədə Baş nazir Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Goris sakinləri ilə görüşdə deyib.

Paşinyana görə hökumət başçıları, məlum hadisələrlə əlaqədar olaraq respublikanın cənub-şərqində əlavə sərhəd bölgələrinin yaradılmasının zəruriliyini “dərk edib”. İndi sərhədçilər 115 kilometr uzunluğundakı Goris-Kapan hissəsində yerləşdirilirlər.

Zastavaların inşasının sürətlə aparılmasında müəyyən problemlərin olduğunu etiraf edən Paşinyan deyib ki, qanuni prosedurlar – tenderlər və əlaqədar proseslərin aparılması üçün müəyyən bir vaxt alacaq.  Sitat:“Bu hissədə səkkiz sərhəd zastavası inşa ediləcək. Bunun üçün hökumət bu proqramın icrası üçün 2,5 milyard pul ayırdı. Sərhəd mühafizəsi yüksək səviyyədə həyata keçiriləcək” .

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button