Ermənilər yeni terror təşkilatı yaradırlar

Ermənistanda, diaspır və PKK-dan dəstək alan yeni terror təşkilatı yaradılıb. Ermənistan, 44 günlük ikinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətə uğramasından sonra, özünün ənənəvi metıdına-terror fəaliyyətinə üstünlük verməyə başlayıb və bu məqsədlə, yeni terror təşkilatı qurub.

Virtualaz.org xəbər verir ki, bu haqda, Türkiyədə fəaliyyət göstərən Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMED) başqanı Savaş Eğilmez bildirib. O, ermənilərin yeni terror təşkilatının, “Hərbi Vətənpərvərlər Məktəbi” – (“Poga”) adı altında fəaliyyət göstərdiyini deyib. Sitat: “Ermənistan, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Qarabağ savaşında çox ağır məğlubiyyətə uğrayaraq, tarixi vərdişlərindən vaz keçməyib və qlabal güclərin yönləndirməsi, dəstəyi ilə yenə də çıxış yolunu terror təşkilatlarında axtarmağa başlayıb.

Qarabağı yenidən geri almaq xəyalları ilə qurulan, “Hərbi Vətənpərvərlər Məktəbi” adlı bu terror təşkilatı, 2021-ci il martın 29-dan etibarən fəaliyyətə başlayıb və məktəb adı altında bu təşkilata, fərqli yaş qruplarından erməniləri toplayaraq, onlara hərbi təlim keçirlər” deyə Savaş Eğilmez bildirib.

O, iddia edir ki, bu təşkilatın fəaliyyəti, radikal erməni millətçiliyinə və türk düşmənçiliyinə söykənir. Və hər fürsətdə erməniləri, yeni müharibəyə çağırır. Şüarları, “Türklər hər zaman düşməndir”, “Zəif olmağa haqqımız yoxdur”, “Böyük güc olaq və məğlub olmayacağımızı dünyaya sübut edək”, “Bir daha güclü olmağa və xalq-orduya çevrilməyə məhkumuq” kimi şüarlar irəli sürür.

Bu məktəbdə təlimlərə qatılanlardan haqq tələb edilmir, üstəlik onun fəaliyyətini sosial şəbəkələrdə təbliğ edənlərə, 100 dollardan artıq pul verilir. Təşkilat, silah-sursat əldə etmək, təlimatçıları işə götürmək, səyahət və digər xərclər üçün tutarlı maliyyə vəsaitlərinə malik olmağı qarşıya məqsəd qoyub. Və Eğilmez bildirir ki, məktəbin maliyyə mənbələri, əsasən xaricdəki erməni diasporunun nümayəndələri, o cümlədən ABŞ-ın Kaliforniya ştatında, səhiyyə sektorunda fəaliyyət göstərən erməni əsilli biznesmen Vrej Qriqoryandır. Bundan başqa, məktəb PKK və “Asala” terror təşkilatlarından da maliyyə dəstəyi alır.

Avropa və Yaxın Şərq ölkələrindən muzdluları cəlb edir.

Sitat: “Muzdlulara pulsuz hərbi təhsil və təlimlə yanaşı maddi dəstək də verirlər. Terror təşkilatı, yaşı 18-55 arasında olan bütün Ermənistan vətəndaşlarını və digər ölkələrdən olan erməniləri, Türkiyə və Azərbaycana qarşı döyüşməyə çağırır”. “Poga”, hətta təşkilatın fəaliyyətinə cəlb olunanların  Moskvadan Yerevana birbaşa uçuşları üçün, bilet pulunu da üzərinə götürəcəyini bildirir. Təşkilat, təbliğatında erməniləri inandırmağa çalışır ki, Azərbaycanın və Türkiyənin məqsədi, “bütün Ermənistan torpaqlarını işğal etmək, erməniləri, yer üzündən yox etməkdir”. Ona görə də hər bir erməni savaşa hazır olmalıdır. Bildirilir ki, məktəbdə keçirilən təlimlərdə, müxtəlif odlu silahlardan istifadə, əlbəyaxa döyüş və bıçaqla döyüş, partlayıcıların hazırlanması və tətbiqi, çətin relyef və iqlim şərtlərində həyatda qalmaq vərdişləri aşılanır. Məktəb, ilin dörd mövsümünə uyğun təlimlər keçir və 90 günlük proqram çərçivəsində o cümlədən nəzəri dərslər keçirilir. ASİMED başqanı, “Poga”nın yeni təlim kurslarının, avqustun 1-dən fəaliyyətə başladığını iddia edir.

Sitat: “Bu təşkilat, ermənilər üçün də böyük təhdid təşkil edir və gələcəkdə Ermənistan daxilində ciddi problemlərə yol açacaq. Məktəbdə təlim keçənlər, onlar kimi düşünməyən erməniləri də düşmən hesab edəcəklər, onlara qarşı hərəkətə keçəcəklər. Birinci Dünya Müharibəsindən əvvəl və sonra Osmanlı dövləti daxilində fəaliyyət göstərən erməni terror təşkilatları, sadəcə türkləri deyil, onlara dəstək verməyən erməniləri də qətlə yetirirdi”deyə o bildirib. Savaş Eğilmez, Ermənistanda fəaliyyət göstərən bu təşkilatla bağlı, Azərbaycanı və Türkiyəni çox diqqətli olmağa çağırıb.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərdiyi deyilən, “Hərbi Vətənpərvərlər Məktəbi” (“Poga”) adlı təşkilat barəsində, rusdilli erməni mənbələrində hər hansı məlumata rast gəlinmir. Bundan əvvəl, Ermənistanda “VOMA” adlı terroryönümlü təşkilatın fəaliyyət göstərdiyi məlum idi və həmin təşkilata, birinci Qarabağ müharibəsi zamanı, erməni kəşfiyyat batalyonunun komandiri olmuş Vova Vartanov başçılıq edir.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button