Erməninin başına düşən bizim PUAlar deyil!

Müdafiə Nazirliyi, Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatını təkzib edib.

“Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat, qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır”. Bu barədə, Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib:

“Həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla, Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır. Hazırda, bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button