Ermənistan hərbçisinin yaralandığını deyir. Azərbaycan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi noyabrın 23-də Azərbaycan tərəfdən açılan atəşdən bir hərbçisinin yaralandığını bildirib. İnsidentin dünən günorta, Ermənistan-Azərbaycan sərhədinin şərq hissəsində baş verdiyi, qarşı tərəfdən açılan atəşdən R.A. adlı hərbçinin yaralandığı xəbər verilir.

Hərbçinin vəziyyətinin qənaətbəxş olduğu, həyatına təhlükə olmadığı qeyd edilir.

Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı “yalan” adlandırıb.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ancaq təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Sərhədlər delimitasiya olunmayıb, tərəflər sülh sazişi imzalamayıb. Son iki ildə atəşkəs dəfələrlə pozulub, hər iki tərəf itki verib.

Bakı və Yerevan atəşkəsin pozulmasına görə adətən bir-birini günahlandırır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button