Ermənistan: ”Məxməri inqilab” davam edir

Etirazçılar vətəndaşları itaətsizliyə çağırır

Etiraz hərəkatının iştirakçıları bütün Ermənistan vətəndaşlarını ümummilli tətil və hakimiyyətə qarşı itaətsizlikdə iştirak etməyə çağırır.

“Kavkazskiy Uzel” və “JAMnews”-un verdiyi məlumatlara əsasən, etirazçılar dünən Baş nazir olan Serj Sarkisyanın istefasını istəyir. Polis aktivistləri saxlayır.

Seçkilərdən sonrakı səhər

Yerevanda etirazlar davam edir – 18 aprel səhər saatlarında etirazçılar mərkəzi Baqramyan prospektində polis kordonunu qıraraq prezidentin evinə doğru getməyə müvəffəq olublar – Serj Sarkisyan Baş nazir kimi bu binada qalacaq.

Buna cavab olaraq, xüsusi qüvvələr də daxil olmaqla polisə əlavə qüvvə cəlb olunub, – “Kavkazskiy Uzek” məlumat verir. Etirazçılar özləri isə dəfələrlə etirazın dinc xarakterli olduğunu vurğulayıblar.

Yerevan polisi gecə şəhər mərkəzində baş verən poqrom haqqında məlumat verib. Etirazçıların lideri Nikol Parşinyan isə bu hadisəni hakimiyyət tərəfindən səhnələşdirilən “hind filmi” adlandırıb.

Xalqa səslənən Paşinyan bir neçə dəfə polisin şiddət tətbiq etməyəcəyinə inandığını işarə edib. Jurnalistlər polislərdə qaz maskalarını görüb gözyaşardıcı qazdan istifadə edə biləcəklərini desələr də, o, mitinq iştirakçılarını gigiyenik maskaları çıxarmağa səsləyib, – “JAMnews” bildirir.

Foto: Lilian Qalstyan, JAMnews
Foto: Lilian Qalstyan, JAMnews.

Həbslər

Polisə etirazçıları yenidən saxladığı məlum olduqdan sonra nümayişçilərin bir hissəsi prezident iqamətgahına bitişik ərazini tərk edib, digər rayona üz tutublar. Daxili İşlər Nazirliyi bütün saxlanılanların (təxminən 80 nəfər var idi) azad olunduğunu bildirib.

Yerli vaxtla saat 2-də aktivistlərin saxlanılması Yerevanın bir neçə rayonunda davam edib.

“Çöküş”ün elan edilməsi

Yerevanda baş verən hadisələri Sarkisyanın opponentləri bəzən şəhər nəqliyyatının və şəhərin mərkəzində yerləşən bəzi qurumların işinin dayandırılmasına istinad edərək, “çöküş” adlandırır.

Foto: Lilian Qalstyan, JAMnews
Foto: Lilian Qalstyan, JAMnews.

Aprelin 17-də axşam saatlarında keçirilən genişmiqyaslı mitinqdə aksiyanın liderləri Sarkisyanın Baş nazir vəzifəsinə seçilməsilə razılaşmayacaqlarını bildiriblər. Nikol Parshinyan bildirib ki, ertəsi gün Yerevan kütləvi itaətsizlik aksiyaları ucbatından “çökəcək” və “inqilabi komitələr” digər şəhərlərdə də oxşar tədbirlər təşkil edcək. Hakimiyyət gecə bütün əsas mərkəzi yolların açılmasına və yol hərəkətini bərpa etməyə müvəffəq olub, lakin səhər saatlarında etirazçılar yenidən küçələri bağlayıblar.

Beynəlxalq reaksiya

Hələ seçki günü Rusiya prezidenti və Gürcüstanın Baş naziri Sarkisyanı yeni vəzifəyə başlaması münasibətilə təbrik edib. Aprelin 18-də səhər ABŞ-ın Ermənistandakı səfirliyi “Facebook” səhifəsində ABŞ Dövlət Departamentinin bəyanatını dərc edib. Bəyanatda tərəflər şiddətdən çəkinməyə çağırılıb və “minlərlə erməni vətəndaşının öz iradəsini ifadə etmək və toplaşmaq hüquqularını həyata keçirmək üçün küçələrə çıxdığını” yaxından izlənildiyi qeyd olunub.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button