Ermənistan Müdafiə Nazirliyi: “Yerevan və Moskva silah tədarükü barədə müqavilə imzalayacaq”

поставки оружия

Ermənistan hökuməti bu gün keçirilən iclasında silah tədarükü üçün Rusiyadan kredit alınması haqqında sazişin həyata keçirilməsi barədə protokolu təsdiq edib.

Report.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryan məlumat verib.

“Bu protokolla Müdafiə Nazirliyinə müasir silahların tədarükü üçün kredit götürülməsi üzrə Rusiyanın müvafiq orqanlarıyla müqavilələr imzalanması həvalə olunur”, – deyə A.Nazaryan bildirib.

Bundan əlavə, Ermənistan Mərkəzi Bankına aprelin 29-na qədər Rusiyanın “Vneşekonombank”ı ilə müdafiə kreditinin hesablaşması qaydasını müzakirə etmək tapşırılıb.

Xatırladaq ki, Yerevan və Moskva arasında bağlanmış Ermənistan Silahlı Qüvvələrinin müasir silahlarla təchizatı üçün 200 milyon dollar güzəştli kreditin verilməsi barədə saziş 2015-ci ildə imzalanıb. Kredit şərtlərinə əsasən, Ermənistan mülayim şərtlərlə qəbul etdiyi “borc”un əsas hissəsini 10, faiz hissəsini isə 3 ilə qaytarmalıdır.

Onu da vurğulayaq ki, Ermənistanın baş naziri Ovik Abramyan aprelin 7-də Yerevanda keçirilən görüşdə rusiyalı həmkarı Dmitri Medvedevdən “Rosoboroneksport”a Ermənistana hərbi texnika təchizatı ilə bağlı müqavilənin imzalanmasını sürətləndirmək göstərişi verməsini xahiş etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button