Ermənistan parlamentinin sədri Rusiyanı ittiham edib: “Moskva Qərbin təşəbbüslərinə əsəbi reaksiya verir”

“Moskva Qərbin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir”. Bunu Ermənistan parlementinin sədri Alen Simonyan deyib.

O bildirib ki, rəsmi Moskvanın proseslərdə müəyyən rolu var və bunu danmaq olmaz: “Çünki bölgədə Rusiya sülhməramlıları var. Buna baxmayaraq, Rusiyanın reaksiyaları lazım olduğundan daha emosionaldır”.

A.Simonyan hesab edir ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır: “Moskva durumu başa düşməlidir. Ermənistanın öz maraqları var. Bu maraqlar kiminsə istəklərindən asılı olmayaraq, həyata keçirilməlidir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button