Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir!

Hüquq müdafiəçiləri Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat veriblər

Bəyanatda qeyd edilir ki, iyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması,  bir qadının isə ağır yaralnaması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir: “Biz Azərbaycan hüquq müdafiəçiləri bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törətdiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır”.

Azərbaycan hüquq müdafiəçiləri bəyan edirlər ki, 1998-ci ildən bəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb: “Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşüb və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşüb. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs barədə razılıq əldə olunsa da, bu dövr ərzində Ermənistan Silahlı Qüvvələrinin hücumları və təxribatları nəticəsində Azərbaycan Respublikasının yüzlərlə hərbi qulluqçusu və dinc sakini həlak olmuşdur”.

Azərbyacan hüquq müdafiəçiləri Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə, bu günə qədər beynəlxalq məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaratdığını xüsuslə vurğulayaraq beynəlxalq birliyə çağırış ediblər: “Buna görə biz beynəlxalq birliyi, BMT və digər beynəlxalq təşkilatları Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyaları tətbiq etməyə, xüsusilə yaşlı və insanların  və uşaqların məqsədyönülü şəkildə öldürülməsinə laqeyd qalmamağa çağırırıq”.

Bəyanatı Azərbaycanın 15 tanınmış hüquq müdafiəçisi imzalayıb. Bəyanat artıq ingilis dilində beynəlxalq təşkilatlara təqdim edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button