Ermənistanda 10 min azərbaycanlı var

Navella Cəfərova D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri

Beynəlxalq Təşkilatların sülhyaratma prosesində fəaliyyəti müzakirə olundu

 Dünən Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin ofisində “Beynəlxalq Təşkilatların sülhyaratma prosesində fəaliyyəti”  layihəsi çərçivəsində dəyirmi masa keçirildi.

Layihə Böyük Britaniya səfirliyinin maliyyə  dəstəyi Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Mərkəzi tərəfindən həyata keçirilib. Tədbirdə  Böyük Britaniya səfirliyinin nümayəndəsi Zaur Zamanov, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı, “Qadın İnstitun”nun  direktoru Səcidə Əbdülvahabova, Humanitar Tədqiqatlar Cəmiyyətinin təsisçisi və direktoru Elxan Şahinoğlu, Azərbaycanda Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyasının sədri Dilarə Əfəndiyeva iştirak edirdi.

Layihənin eksperti olan Ə.Həsənov bildirdi ki, ölkədə müharibə ritorikası daha güclüdür. Beynəlxalq təşkilatların mövqeyinə gəlincə, ekspert bildirdi ki, Norveç səfirliyi sülhyaratma ilə bağlı layihələri dəstəkləmir: “Avropa Birliyi bu məsələlərə maliyyə ayırmağa başlayıb. Almaniyanın “Fridrix Nauman” və “Ebert” fondları siyasi fondlardır. Amerikanın Birləşmiş Ştatların Sülh İnstitutundan Gürcüstan üçün layihə verirlər, bizim üçünsə yox. Ölkədə dövlət səviyyəsində tək Prezident Aparatı yanında Strateji Araşdırma Mərkəzi bu mövzuda nə isə edir”.

Ə.Həsənov bildirdi ki, bu mövzu ilə bağlı ölkə başçısına göndərdikləri görüş müraciətlərinə müsbət cavab ala bilməyiblər: “Bizim apardığımız bu işə dövlət siyasi qarantiya verməlidir”. Ekspert 2018-ci ilə qədər Qarabağ münaqişəsinə dair ciddi nailiyyət əldə olunacağına inanmadığını dedi.

Piolitoloq E.Şahinoğlu da Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyinin bir nəticə vermədiyini bildirdi: ”Avropa Birliyinin “Şərq tərəfdaşlığı” layihəsinin yekununun nə olacağı  bəlli deyil. 

S.Əbdülvəhabova isə dedi ki, Azərbaycanın sülh potensialı var.

Z.Ramazanov isə bildirdi ki, sözügedən layihələrin məqsədi cəmiyyətlərarası alternativ danışıq vasitəsi  yaratmaqdır: “Ola bilər ki, münaqişə bir il sonra həll oluna. Amma cəmiyyətlər buna hazır olmayacaq. Bizim məqsədimiz cəmiyyətləri sülhə hazırlamaqdır. Əhalinin heç olmasa 5 faizini buna hazırlasaq, həmin kəsim cəmiyyətlər arasında katalizator rolunu oynaya bilər”.

N.Cəfəroğlu isə dedi ki, onların məqsədi dövlətin apardığı siyasətə və danışıqlara qarşı çıxmaq deyil: “Cəmiyyətlər istənilən zaman sülhə hazır olmalıdır. Ermənistanda 10 min azərbaycanlı  var, orda təhsil alıb, iş qururlar. Mən cənubi azərbaycanlıları nəzərdə tuturam. Dağlıq Qarabağ erməniləri də azərbaycanlılar da nə zamansa birgə yaşayacaqlar. 50 il gec olsa belə  bu reallıqdır. Onlar indidən psixoloji olaraq buna hazır olmalıdırlar. Eləcə də bizimkilər”.

Tədbirdə çıxış edən Müsavat Gənclər Təşkilatının sədr müavini Leyla İlqar öncə hökumətlərin sülhə hazır olmalarının lazım gəldiyini bildirdi: “QHT-lərin təşəbbüsləri təqdirəlayiqdir. Lakin nəzərə almaq lazımdır ki, ilk növbədə  hökumətlər və  dövlət başçıları sülhə hazır olmalıdır. Biz tez-tez dövlət başçılarının hərbi ritorika dolu çıxışlarının şahidi oluruq. Adətən danışıqlar masası arxasında razılığa gəlməyən dövlət başçıları hədələyici tonda danışırlar. Buna paralel olaraq həm Ermənistanda həm də Azərbaycanda televiziyalar düşmənçilik hisslərini alovlandıran verilişlər yayımlayır. Buda uzun müddət ərzində QHT-nın xalqlar arasında dostluq körpülərinin yaradılması istiqamətində gördüyü işlərin üzərindən bir iki gün ərzində xətt çəkir. Mənə elə gəlir ki, ilk növbədə hökumətlər sülhə hazırlanmalıdır ”.  

 Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. qrant üchün veten satanlar ütanmirlar hele hökumeti de melum olmayan ,daha dogrusu tehqiramiz sülhe hazirlamq isteyirler. 18 ildir ki qarabaga aid bir dene de olsun mitin ya adi toplani kechirmeyen milleti bu qrantbazlar hele gúnahlandirirlar. hele o ceferolu xanima baxin ,ermenistanda 10 min azerbaycanli yashayir demesine … sabah ermeniler ve ruslar ,ele Avropa bu yalan sözleri elleinde bayraq edecekler. ancaq bu xanim ceferogu deyesen özünü ,xanim ola-ola oglu adlandirdigi kimi Iran islam respublikasinin vetendashlarini da Azerbaycan respublikasinin vetendashlari hesab edib. Daha bu qeder de olmaz ,bir az abriniz olsun. Ayibdir. hech olmasa Shehid ve onlarin alillelerinden utanin.

  2. Ay Nizami Cəfərov! Adımızı batırma, ermənistanda azərbaycanlı yox iranlı yaşaya bilər. Sənə məsələhət verəndə ki, şeir yaazma alim ol, qulaq asıb alim oldun. İndi də siyasətə girişmə qağa, bu başqa koldu, hər şeyi xarba edib qoyacaqsan ortalığa!
    Əli düz deyir, indi öz dilimzidən tutub bizi sürüyüəcəklər axı?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button