Ermənistandan son deportasiyanın 30 ili tamam olur – VİDEO

Bu ilin dekabrında azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının 30 ili tamam olur. İnsanların deportasiyaya məruz qalması, öz doğma ocaqlarından zorla qovulması müasir təlatümlü dünyanın ən ağrılı problemlərindəndir.

BMT və dünyanın qabaqcıl dövlətləri deportasiyanın yaratdığı siyasi, iqtisadi və humanitar fəlakətlərin qarşısını almaqda hələ ki acizdir. Belə bir dövrdə azərbaycanlıların son deportasiyasının 30 illiyinin ölkə və beynəxalq səviyyədə qeyd edilməsi beynəlxalq diqqətin problemin həllinə yönəlməsinə bir töhfə olar.

Azərbaycanlıların deportasiya siyasəti bir neçə yüz il əvvəldən başlayıb. Azərbaycan türklərinin yaşadığı tarixi ərazilər indiki İran, Rusiya, Gürcüstan, Ermənistan və İraq əraziləridir. Deportasiyaya bu kontekstdən baxsaq Qarabağ və ətraf rayonlardan azərbaycanlıların didərgin salınması Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) yaşamış azərbaycanlıların deportasiyasının davamıdır.

Azərbaycanlıların və axsıxa türklərinin deportasiyası ilə bağlı Vikipediya Açıq Ensklopediyasının yaydığı məlumatı dqqətinizə çatdırırıq.

(https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_%C9%99halisi).

Qaçqınlar: Ermənistan SSR-dən qovulmuş Azərbaycan türkləri və Özbəkistan SSR-dan qovulmuş Axısqa türkləridir.

• 1987-ci ilin noyabr ayında etnik azərbaycanlıların deportasiyasının başlanılmasınadək azərbaycanlı əhali 194 kənddə, Yerevan şəhərində və digər şəhər və qəsəbələrdə yaşayırdılar. 194 kənddən 171-i monoetnik azərbaycanlı kəndi, 14-ü əksəriyyəti azərbaycanlı olan və 9-unda isə azərbaycanlıların yarıdan az olduğu kəndlər olmuşdur. 185 azərbaycanlı kəndi Ermənistan SSR-nın 37 rayonundan 22-sində yerləşirdi. Bu 22 rayondan 16-sında etnik azərbaycanlı əhali ya əksəriyyəti təşkil edir, ya da önəmli sayda kompakt şəkildə yaşayırdı. 1989-cu il siyahıyaalınması zamanı Ermənistan SSR-da 37 inzibati rayon, 27 şəhər və 31 şəhər tipli qəsəbə vardı. Bəzi qeyri-rəsmi hesablamalara əsasən 1988-ci ildə Ermənistanda 500 mindən artıq etnik azərbaycanlı yaşamışdır.

• Deportasiyanın başlanması: 1987-ci ilin noyabr ayının 2-ci və 3-cü ongünlüyündə öncə Qafan rayonundan bir neçə gün sonra isə Meğri rayonundan etnik azərbaycanlıların sıxışdırılaraq qovulmağa başlanması ilə Ermənistandan türklərin çıxarılmasının sonuncu mərhələsi başlandı.

• 25 yanvar, 18 fevral və 23 fevral 1988-ci il tarixlərində Azərbaycan SSR ərazisinə Ermənistan SSR ərazisindən qovularaq keçmiş qaçqınların ümumi sayı 4 min nəfəri keçdi. Azərbaycan hökuməti onları Sumqayıtda, Fatmayıda və Sarayda yerləşdirdi.

• 1986-cı ilə olan məlumata əsasən Qafan rayonunda yerləşən 51 kənddən 21-i azərbaycanlı kəndi idi. 1988-ci ilin yanvar ayının sonuna Qafan rayonunda bir nəfər belə azərbaycanlı qalmamışdı.

• 20 fevral 1988-c ildə Qarabağ münaqişəsinin başlanması və 26-28 fevral 1988-ci ildə Sumqayıt hadisələrinin baş verməsi ilə köçün sürəti daha da artaraq kütləvi xarakter aldı.

• 1988-ci ilin iyul ayının ortalarında 4 min ailədən ibarət təxminən 20 min nəfər etnik azərbaycanlı Ermənistandan Azərbaycan SSR-yə keçdi.

• 13 noyabr 1988-ci il tarixində erməni silahlı dəstələri Ermənistanda SSR-nın Spitak rayonunda rayon rəhbərliyinin bilavasitə iştirakı ilə azərbaycanlı əhalinin evlərinə basqınlar edərək 40-dan çox azərbaycanlını xüsusi vəhşiliklə qətlə yetirib, yüzlərlə ailəni ev-eşiyindən çölə ataraq rayonu tərk etməyə məcbur etmişdir.

• 2 dekabr 1988-ci il tarixinə Ermənistan SSR ərazisindən qovularaq Azərbaycan SSR ərazisinə keçmiş qaçqınların ümumi sayı 78 min nəfəri keçdi.

• 1988-сi ilin dekabr ayı ərzində daha 100 min nəfər azərbaycanlı Ermənistanı tərk edərək Azərbaycan ərazisinə keçdi.

• 1 fevral 1990-cı il tarixinə Azərbaycan Statistika Komitəsi Ermənistan SSR ərazisindən qovularaq Azərbaycan SSR ərazisinə keçmiş 186 mini etnik azərbaycanlı, 18 mini etnik kürd (müsəlman olanlar), 3 min 500 nəfəri rus (əsasən sektantlar və az sayda müsəlman əhali ilə qohumluq əlaqələri olanlar) olamqla cəmi 207 min 500 nəfər Ermənistan qaçqınını və sayı təxminən 48 min nəfər olan Özbəkistandan qovulmuş Axısqa türkünü rəsmən qeydə almışdır. Bir qədər sonra təxminən 3 mini rus 7 mini isə kürd olmaqla cəmi 10 min nəfər Ermənistan qaçqını və bir neçə min Özbəkistan qaçqını olan Axısqa türkü Rusiyaya köçərək əsasən Stavropol və Krasnodar diyarlarında məskunlaşdı.

• 11 iyul 1991-ci il tarixində Azərbaycan Respublikasının Zəngilan rayonu ilə sərhəddə yerləşən və Ermənistanda qalan son azərbaycanlı kəndi olan Meğri rayonunun Nüvədi kəndinə Ermənistan hüquq-mühafizə orqanlarının silahlı basqınları başladı, şiddətli basqınlara tab gətirməyən əhali avqustun 8-də kəndi tamamiylə tərk etdi və beləliklə Türklərin tarixi etnik Azərbaycanın şimal-qərbini əhatə edən hazırki Ermənistan torpaqlarından sonuncu deportasiyası yekunlaşdı.

• Axısqa türklərinin ikinci deportasiyası, Özbəkistan SSR-da “Fərqanə hadisələri 1988-1990-cı illər”:

1989-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən bütün SSRİ ərazisində 207,512 nəfər Axısqa türkü qeydə alınmışdı. Onlardan 106,302 nəfəri Özbəkistan SSR-da məskunlaşmışdı. 106,3 min nəfər Axısqa türkünün 43,2 min nəfəri Daşkənd vilayətində, 18,5 min nəfəri Səmərqənd vilayətində, 18,7 min nəfəri Sırdərya vilayətində, 13,6 min nəfəri Fərqanə vilayətində, 5 min nəfəri Əndican vilayətində, 3 min nəfəri Nəmənqan vilayətində, 1,5 min nəfəri Buxara vilayətində, 2,8 min nəfəri isə Özbəkistan SSR-nın digər ərazilərində yaşayırdı. 1989-cu il siyahıyaalınmasına əsasən o zaman 7,1 min kvadrat kilometr ərazisi olan Fərqanə vilayətində 2142 min əhali yaşayırdı və onun əksəriyyəti özbəklərdən ibarət idi. Vilayət əhalisinin 1735 min nəfərini özbəklər, 123,8 min nəfərini ruslar, 114,5 min nəfərini taciklər, 43,6 min nəfərini qırğızlar, 32,7 min nəfərini tatarlar, 22,8 min nəfərini krım tatarları, 13,6 min nəfərini axısqa türkləri təşkil edirdilər.

• Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yayınladığı Azərbaycan Respublikası dövlətinin rəsmi məlumatalarına əsasən (1 yanvar 2012-ci il tarixinə):

• Məcburi köçkünlərin sayı: 599,417[214] nəfər

• Həmsərhəd yaşayış məntəqələrindən öz daimi yaşayış yerini tərk etmiş əhalinin sayı: 128,199 nəfər

• Qaçqınların sayı: 301767 nəfər (Ermənistandan-250 min nəfər, Orta Asiyadan-50 min nəfər, “qaçqın” statusu almaq niyyətində olanlar-1767 nəfər)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button