Ermənistanın Baş naziri Moskvaya gedir

22

Ermənistan baş naziri Ovik Abramyan aprelin 12-də Moskvaya rəsmi səfərə gedir.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Abramyan Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edəcək. Səfər çərçivəsində Rusiya xarici işlər naziri Dmitri Medvedyevlə də görüşəcək.

Qeyd edək ki, sammitin əvvəlcə İrəvanda keçirilməsi planlaşdırılırdı. Lakin sonradan Qazaxıstanın xahişi ilə Rusiya paytaxtında keçirilməsinə qərar verildi. İlk vaxtlar qərar etiraz edən Ermənistan hökuməti sammitə qatılmayacağını istisna etməmişdi.

Rəsmi İrəvan hesab edirdi ki, belə bir dəyişikliyə ehtiyac yox idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button