Ermənistanın birinci xanımı: Bilmirəm, Mehriban Əliyevanın reaksiyası necə olacaq…

Ermənistan baş nazirinin xanımı Anna Akopyan Sankt-Peterburqda “Dünyada təhlükəsizliyinin möhkəmləndirilməsində qadınların rolu və onların töhfəsi” adlı İkinci Avrasiya Qadın Forumunda nitqlə çıxış edib.

Virtualaz.org bildirir ki, bu barədə “Rusarmfinfo” nəşri xəbər yayıb.

“Artıq təxminən 30 ildir Qarabağ münaqişəsi həll olunmamış qalır. 2016-cı ilin aprelində döyüş əməliyyatları yüzlərlə erməni və azərbaycanlı gənclərin həyatlarını aldı. Sərhəddə vəziyyət bu gün də sakit deyil, hərbi əməliyyatların yenilənməsi riski böyükdür. Mənim belə ssenarinin qarşısını almaq arzum “Qadınlar sülh naminə ” kampaniyasına başlamağa məcbur etdi. Onun mahiyyəti odur ki, biz hamımız birləşək və münaqişəyə cəlb olunanları hərbi həlldən imtina etməyə çağıraq”, — deyə Ermənistanın birinci xanımı bildirib.

Anna Akopyan həmçinin əlavə edib ki, Sankt-Peterburqa səfərdən əvvəl o, Aprel müharibəsində həlak olmuş əsgərlərin anaları ilə görüşüb, hansılar ki, ” Qadınlar sülh naminə ” təşəbbüsünə qoşulublar və Azərbaycan analarını da bunu etməyə çağırıblar.

Ermənistanın birinci xanımı bildirib ki, Azərbaycan analarının və bu ölkənin birinci xanımının buna reaksiyasının necə olacağını bilmir, amma əminlik ifadə edib ki, onlar birlikdə kişiləri silahla yox, fikrin gücü ilə mübarizə aparmağa çağıra bilərlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button