Etimad Əsədov haqqında “Birinci…” kitabının təqdimatı oldu-FOTOLAR

Ramiz Rövşən baş qazinin ruhunu şeiri ilə şad etdi…

Bu gün –dekabrın 20-i- baş Qarabağ qazisi Etimad Əsədovun 55-ci doğum günündə Qarabağ Qaziləri İctimai Birliyinin təşkilatçılığıyla  “Azərkitab” Kitab Mərkəzində Birliyin mərhum sədrindən bəhs edilən “Birinci…” kitabının təqdimatı olub.  Kitabın tərtibçi və ön söz müəllifi Qarabağ Qaziləri Birliyinin mətbuat katibi Rey Kərimoğlu , redaktoru isə tanınmış şair Rəfail Tağızadədir.

Moderator.az xəbər verir ki,  Qarabağ qazisi və jurnalist  Rey  Kərimoğlunun aparıcılığıyla keçirilmiş tədbirdə  Etimad Əsədovun şərəfli döyüşçü və qazi ömrünün parlaq səhifələrindən bəhs edilib.  Mərhum baş qazinin övladlarının da qatıldığı təddimat və anım mərasimi Dövlət Himninin oxunması və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanıb. Sonra baş qaziyə həsr edilmiş qısametrajlı  film nümayiş etdirilib.

İlk söz görkəmli şair Ramiz Rövşənə verilib. Şair qazinin ruhunu şeiri ilə yad edib.  Mərasimdə Qarabağ qaziləri Firudin Məmmədov, Ədalət Məhərrəməv, Elməddin Sərdarlı, tanınmışlardan  polkovniklər Xətayi Baxışov, Üzeyir Cəfərli, Hikmət Ağayev, 20 Yanvar cəmiyyətinin sədri Soltan  Əzimzadə, Emin Həsənli,  jurnalist Akif Aşırlı, vəkil Aslan İsmayılov, eləcə də  qazi və şəhid ailə üzvləri iştirak və çıxış ediblər.

Tədbir iştirakçıları Etimad Əsədov haqqında kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, kitaba Moderator.az əməkdaşları Üzeyir Cəfərov və Sultan Laçının da mərhum baş qazi haqda yazıları daxil edilib.

Allah rəhmət eləsin!

Sultan Laçın   

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button