Etimad İsmayılovun öldürənlərə bağlı qərar verildi

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu qətlə yetirilməsi ilə bağlı ilkin araşdırmalar başa çatıb.

E.İsmayılovu öldürməkdə şübhəli bilinən Gözəl Dəmirov və sürücüsü hakim qarşısına çıxarılıb.

Həmin şəxslər “Qəsdən adam öldürmə” maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətl hadisəsi İsmayılovun Floryadakı ofisində baş verib. G.Dəmirov və E.İsmayılov arasında mübahisə yaşanıb. Nəticədə, Gözəlov İsmayılovun başından iki, ürəyindən isə bir güllə vurub.

Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

2011-ci ildə ailə quran S. Nuriyeva ilə E.İsmayılovun İlyas adlı dörd yaşlı oğulları var.(24saat.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button