ETSN: yağış yağarsa…

surusmaETSN: Yağış yağacağı təqdirdə İsmayıllı rayonunda torpaq sürüşməsi aktivləşə bilər

 
“İsmayıllı rayonunun Xankəndi kəndində torpaq sürüşməsini baş verdiyi sahədə hələlik sakitlikdir, hər hansı aktivlik müşahidə olunmayıb”.

Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Ə. Piriyev bildirib ki, torpaq sürüşməsi kəndin sol yamacında baş verib: “Sürüşmə atmosfer yağıntılarının düşməsi nəticəsində baş verib. Əvvəllər də bu ərazidə sürüşmə hadisəsi olub. Sürüşmənin uzunluğu 2,5-2,7 kilometr, eni isə 400-450 metrdir. Hadisə nəticəsində iki ev sıradan çıxıb. Həmin evdə yaşayan sakinlər hazırda qohumlarının evində məskunlaşıblar. Sürüşmənin dilinə yaxın ərazidə də 3 ev var. Hələlik o evlərə zərər dəyməyib. Dağ şəraitidir, yəqin, yağış yağsa, sürüşmə aktivləşəcək, həmin evlərə də zərər dəyəcək”.

Qeyd edək ki, mayın 20-də İsmayıllı rayonunun Xankəndi kəndində torpaq sürüşməsi baş verib.

apa.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button