”Eurovision-2019”un qalibi Niderland təmsilçisi oldu

Azərbaycan yarışmada 7-si yerdə qərarlaşdı

“Eurovision-2019” mahnı müsabiqəsinın qalibi Niderland təmsilçisi Dunkan Lourens olub. Müsabiqə mayın 18-də başa çatıb.

İtaliya müsabiqənin ikincisi, Rusiya isə üçüncüsü olub.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev 7-ci yerdə qərarlaşıb. Ona əsasən Portuqaliya, Malta, Şimali Makedoniya, San-Marino, Estoniya, Polşa, Norveç, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya, Albaniya, Macarıstan, Moldova, İrlandiya, Rumıniya, Kipr, Avstraliya, Rusiya, İsveç, Litva, Serbiya, İslandiya, Gürcüstan, Yunanıstan, Latviya, Çexiya, Danimarka, Fransa, Finlandiya, Sloveniya və İsrail ölkələrindən dəstək gəlib.

İsraildə baş tutan müsabiqənin finalında dünya şöhrətli sənətçi Madonna da iştirak edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button