Əvəz Zeynallı 9 il,  Elnur Şükürov 4 il azadlıqdan məhrum edildi

Yayımlandı: 26 Fevral 2024 16:04

Onlar rüşvət almaqda, vəzifəli şəxsin qərarlarına təsir göstərmədə təqsirli biliniblər

“Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsi yekunlaşıb.

Fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.

Bu hökmü Əli Məmmədovun sədrlik etdiyi, Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət hakimlər kollegiyası çıxarıb.

Hökmə əsasən, Əvəz Zeynallı və Elnur Şükürov rüşvət alma, vəzifəli şəxsin qərarlarına təsir göstərmə kimi əməllərdə təqsirli bilinib.

Elnur Şükürov isə 2022-ci il sentyabrın 13-dən həbsdədir.

O da təqsirsiz olduğunu və Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını deyir.

“Elnur ilk insandır ki, mənim üzümə durmadı. Ona hamının qarşısında minnətdarlıq eləmək istəyirəm. Mən siyasi məhbus deyiləm, mən vicdan məhbusuyam. Bu cinayət işi də sözün davasıdır…”, – Əvəz Zeynallı bildirib.

Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button