Ev heyvanı saxlayanlara xəbərdarlıq: “Quduzluq hallarına rast gəlinir”

“Ev heyvanları arasında quduzluğa yoluxma hallarına rast gəlinir”.

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.

O bildirib ki, heyvan sahibləri mütləq baytar nəzarətindən keçirməlidir:

“İnsanlar vaxtaşırı heyvanlarına vaksinlərini vurdurmalıdırlar”.

“Quduzluq virusunun sonunda mütləq ölüm var” deyənC.Cəfərovaya görə, həkimə gec müraciət edilməsi nəticəsində ağız suyunun ifrazı artır, sudan, havadan qorxma baş verir: “Ona görə də heyvan cırmaqlaması, dişləməsi halı olarsa, mütləq vaxtında həkimə müraciət edilməsini məsləhət görürük. Vaksin vurdurmağı tövsiyə edirik. Çünki bu, həyati təhlükə daşıyan virusdur”.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button