Ev muzeyindən eynəyi və mobil telefonu oğurlanıb

Xalq artisti Yaşar Nurinin...

Mərhum Xalq artisti Yaşar Nurinin şəxsi əşyaları oğurlanıb.

“Report” xəbər verir ki, hadisə mərhumun Novxanıda yerləşən bağ evində qeydə alınıb.

Məlumata görə, bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən Xalq artistinə məxsus eynək, mobil telefon və s. əşyalar oğurlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım “Report”a açıqlamasında məsələ barədə danışmaq istəmədiyini deyib.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Yaşar Nuri 2012-ci ildə vəfat edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button