Evinin sökülməsini istəməyən vətəndaş qolunu doğradı

Yayımlandı: 11 İyul 2024 17:14

Əlini doğrayan Çimnaz Cəfərova evinin sökülməsinə etiraz edir. Amma o, tək də deyil. Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, “Kubinka” kimi tanınan ərazidə bir qrup sakin evlərini sökmək istəyən tikinti şirkəti – “RR Constructions” ilə problemlər yaşayır.

Digər sakin Nəzakət Səfərova deyir ki, onun evini özü xəstəxanada olanda söküblər, üstəlik, evdən 37.500 manat və qızıl əşyaları da yoxa çıxıb. Sakinlər deyirlər ki, şirkət onları məhkəməyə verib, məhkəmə prosesi vaxtı və ya ofisdə görüşə çağırıb, danışıqlar apardıqları vaxt evlərini sökür. İndi sakinlər evlərini qala kimi qorumaq məcburiyyətindədirlər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button