“Evlər silkələnir, uşaqları zirzəmidə saxlayırıq” (VİDEO)

img1954412

Cəbhə kəndi Tapqaraqoyunludan reportaj

Son günlər bütün təmas xətti boyunca qarşı tərəfin aktivləşdiyi müşahidə olunur. Düşmənin əsas hədəfi cəbhə kəndləri və onların dinc sakinləridir. 
Elə Goranboyun Tapqaraqoyunlu kəndi də son bir neçə gündə erməni silahlı qüvvələrinin yüngül artilleriyadan atəşə tutduğu yerlərdən biridir. Mütəmadi kəndi gülləbaran edən qarşı tərəfin hərbçiləri artıq daha təsirli silahlardan istifadə edirlər.
Kamil Allahverdiyev – kənd sakini: “Ağır silahlardan atəş edirlər. Bu gün də indiyə kimi atıblar. Düzdür, kəndin içərisinə düşmür, amma kənar hissələrinə düşür. Evlərdə güclü silkələnmə əmələ gəlir”.
Mənsurə Abuzərova – kənd sakini: “Səhərə yaxın çox atdılar, saat 5 olardı. Atanda evlər çox silkələnir”
Ziyafət Məmmədov – kənd sakini: “Bizim elə bir çətinliyimiz yoxdur, uşaqlar qorxurlar. Uşaqları zirzəmilərdə saxlayırıq”.
Atılan mərmilərin bir hissəsi də kəndin əkin-biçin aparılan ərazilərinə düşür. Buna baxmayaraq Tapqaraqoyunlu sakinləri öz ev-eşiyində mətin dayanıblar.
Həbib Paşayev – kənd sakini: “İndi dayandığımız yerlə, onların atəş mövqeləri arasındakı məsafə uzaqbaşı 200 metr olar. Kənddə həyat öz axarı ilə gedir. Adi günlər kimi yaşayırıq”.
Kənd camaatı onu da əlavə edir ki, hər dəfə qarşı tərəf kəndi və ya kənd ətrafını atəşə tutanda ordumuz tərəfindən layiqli cavabını alır. (Region TV)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button