Eyni gündə kişilər arvadlarını öldürdülər

tufeng gulle17.07.2013

Bərdə Rayon Prokurorluğundan  verilən məlumata görə, 43 yaşlı kişi keçmiş arvadını ov tüfəngi ilə öldürüb. Hadisə rayonun Bahadur Hacıyev küçəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Alişan Əhmədov keçmiş həyat yoldaşı, 1971-ci il təvəllüdlü Yasəmən Dadaşovanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Xaçmaz rayonunun Xudat şəhər sakini 1976-cı il təvəllüdlü Şahin Bağırov 1987-ci il təvəllüdlü həyat yoldaşını başına küt alətlə vuraraq qətlə yetirib.

Yaxınlarının verdiyi məlumata görə, cütlük arasında münaqişə olub. Onlar bir ay öncə rəsmi şəkildə boşanıblar. Buna baxmayaraq birlikdə yaşamağa davam ediblər. Ş.Bağırovun ruhi xəstə olduğu bildirilir. O, Xaçmaz rayon polis əməkdaşları tərəfində saxlanılıb. Ailənin 3 övladı var.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button