Eynulla Fətullayev ictimaiyyətə müraciət etdi: “Bu abidəni xilas edək!”

Haqqin.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayev özünün “Facebook” səhifəsində “Təzəpir” məscidinin yaxınlığında aparılan qazıntı işlərinin fotoşəkillərini paylaşaraq, ictimaiyyətə və KİV-lərə müraciət edib.

“Təzə Pir məscidinin yanında özül qazılan zaman nadir tarixi abidə aşkar edilib. Həmin abidələri dağıtmaq istəyirlər!!! Dəstək verin, heç olmasa, bu abidələri qoruyub saxlayaq”, – Eynulla Fətullayev ictimaiyyətə çağırış edib.

Qeyd edək ki, Eynulla Fətullayevin dərc etdiyi məlumat sosial şəbəkə istifadəçiləri arasında geniş rezonans doğurub və onlar jurnalistin çağırışını dəstəkləyiblər. Abidənin xilas edilməsi üzrə aksiyaya artıq bir çox KİV-lər də qoşulub.

Xatırladaq ki, bu gün verilmiş məlumata əsasən, Bakıda “Təzəpir” məscidinin yaxınlığına aparılan qazıntı işləri zamanı qədim hamamın qalıqları aşkarlanıb. Virtualaz.org-a məlum olub ki, qədim tikilinin qalıqları ekskavatorun tırtılları altında dağıdılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button