Eynulla Fətullayev Vyanaya dəvət olundu

Jurnalist Dünya Mətbuatı Konqresində Azərbaycandan məruzəçi olacaq

 Oktybrın 12-dən 17-dək Avstriyanın paytaxtı Vyana şəhərində Dünya Mətbuatının 63-cü qurultayı, eyni zamanda dünya redaktorlar birliyinin 18-ci koqressi keçiriləcək. Ənənəvi olaraq bu tədbirlərin təşkilatçısı ən mötəbər beynəlxalq jurnalist təşkilatı kimi tanınan Dünya Qəzetçilər və Naşirlər Assosiasiyasıdır. Tədbirdə dörd qitədən dəvət alan 1200 naşir və 200 redaktor iştirak edəcək. Bundan savayı, dünya jurnalistləri sammitinin keçirildiyi bir vaxtda Vyana şəhərində Mətbuat Həftəliyi elan olunacaq. Həftəliyin çərçivəsində ingilisdilli, ispandilli, ərəbdilli, frasızdilli və rusdilli mətbuatın sərgiləri keçiriləcək.

Dünya mətbutı kongressinin iclaslarında xüsusilə problemli bölgələrdə, o cümlədən possovet məkanında mətbuatın vəziyyəti müzakirə olunacaq. Azərbaycan mətbuatını kogresdə fəxri qonağ və məruzəçi qismində dəvət almış jurnalist Eynulla Fətullayev təmsil edəcək. Gündəliyə əsasən E.Fətullayev ərəb ingilablarının postsovet mətbuatına təsiri və xüsusilə qeyri-ənənəvi mətbuatın demokratik dəyişikliklərdə rolu mövzusunda çıxış edəcək.

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button