Fəallar M.Ə.Rəsulzadənin abidəsinə buraxmayıblar

Demokratiya və Rifah Hərəkatının (DRH) bir qrup fəalı Bakı Şin Zavodu ərazisində Məmməd Əmin Rəsulzadənin abidəsi önünə gül qoymaq istəyib. Amma polis onları müəssisənin ərazisinə buraxmayıb.

Bu barədə DRH rəhbəri Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, Respublika Günündə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar abidə önünə gül qoymaq və onun ətrafında iməcilik keçirmək istəyiblər, belə ki, abidə və ətrafındakı ərazi baxımsız vəziyyətdədir.

“Bunu etməyimizə mane olublar. Bu, hakimiyyətin Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə və AXC irsinə qısqanc münasibətinin göstəricisidir”, deyə İbadoğlu bildirib. (turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button