Fərəməz Novruzoğlu “Siyasət meydanı”nda: “İlham Əliyev parlamenti niyə qəfildən buraxdı?”-VİDEO
Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri, araşdırmaçı jurnalist Fərəməz Novruzoğlu 10 dekabr 2019-cu il, saat 17:00-da canlı yayında Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallının aparıcılığı ilə son günlər Azərbaycanda baş verən ən aktual siyasi proseslərdən danışıb. “Ölkədə nə baş verir?”, “Uzun müddət qaynar gündəmdən kənarda qalan bir araşdırmaçı jurnalist kimi gündəmi necə dəyərləndirirsiniz?”, “İlham Əliyev parlamenti niyə qəfildən buraxdı?”, “Nə ehtiyac vardı parlamenti buraxmağa?”, “Kimlər təmsil olunacaq yeni parlamentdə – kimlər təmsil olunmalıdır?”, “Bəs yeni təyin olunan məmurlar kimlərdir – onlar Azərbaycanın problemlərini həll edə bilərlərmi?”, “Ramiz Mehdiyevin və Əli Həsənovun gedişini necə qiymətləndirmək olar?”, “Bir neçə dəfə yazmısınız ki, Milli Azadlıq Hərəkatının tarixini yazmaq istəyirsiniz, bilmədiyimiz fərqli nə var o tarixdə?”, “Prezident İlham Əliyev son zamanlar Əbülfəz Elçibəy və komandasından danışdı, niyə?” və s. mövzuları ətrafında baş verən müsahibəni xural.com təqdim edir:
Xural.com