Fərhad Əhmədov: “Paşinyan Hitler kimi kapitulyasiya etdi”

Bu gün Azərbaycan tamam ayrı ölkə olaraq oyandı. Bizim vətənimiz çətin, ağır, ancaq haqlı qələbə qazandı. Görünməmiş qələbə! Elə qələbə ki, buna ancaq Azərbaycanda inanırdılar.

Virtualaz.org xəbər verir ki, bu sözləri özünün Facebook səhifəsində yerləşdirdiyi bəyanatında eks Rusiya senatoru, vətənpərvər-biznesmen Fərhad Əhmədov Ermənistanla Azərbaycan arasında Rusiyanın iştirakı ilə imzalanan üçtərəfli Sazişlə bağlı yazıb.

Fərhad Əhmədov qeyd edib ki, işğalçı nəinki darmadağın edilib, nəinki panika içərisində qaçıb, həm də kapitulyasiya edib! Bir vaxtlar bütün Avropanı işğal etmiş Hitler Almaniyası kapitulyasiya edən kimi.

“Azərbaycan hərbi əməliyyatların ədalətli şəkildə başa çatdırılması üçün çox şey edən Rusiya və Türkiyəyə minnətdardır. Sabah bizim qarşımızda dağıdılmış, viran qoyulmuş torpaqlarımızın bərpası üzrə yeni gərgin iş dayanacaq, bu gün isə bayramdır. Azərbaycana eşq olsun! Azərbaycan xalqına eşq olsun! Azərbaycanın rəşadətli döyüşçülərinə eşq olsun! Onun Ali Baş komandanına eşq olsun! Onun generallarına və zabitlərinə eşq olsun! Şəhid olan qəhrəmanlarımızın xatirəsi əbədi yaşayacaq! Onların qarşısında baş əyirik! Qalib xalqa eşq olsun! Ura!”,- Fərhad Əhmədov müraciətində bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button