Fəzail Ağamalı tarixdə qalmayacaq

Cavanşir Kazımlı

Amma Elçibəylə Ayaz Mütəllibov qalacaq…

 

Bir-neçə gün öncə ANS telekanalında eks-prezidentlər haqqında qanunun müzakirəsində Fəzail Ağamalı ilə Eldar Namazov qeybətləşirdi. Mən Eldar Namazovun bu qədər zəif bir siyasətçi olduğunu ağlıma gətirməzdim. Ən azı ona görə ki, Eldar müəllim Heydər Əliyevin altı il köməkçisi işləyib. Eldar müəllim gözəl bilir ki, Fəzail müəllim kimdir və hansı yuvanın quşudur. Fəzail kişinin dediyinə görə, Ayaz Mütəllibova bu qanundan pay düşmür. Niyə axı, a Fəzailı kişi?
Ayaz Mütəllibov əlinə silah alıb gedib Xocalını qırmayıb ki… Xocalı şəhəri o vaxt ordusu olmayan bir ölkənin sərhəd royonu idi. Onu da düşmən müharibə şəraitində rusların köməyi ilə işğal edib. Əgər Xocalı faciəsi Ayaz Mütəllibovun ayağına yazılırsa, qoy yazılsın. Heç kim demir ki, Ayaz Mütəllibov günahkar deyil. Ayaz Mütəllibov günahkardır, heç söz ola bilməz. Ancaq Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və başqa rayonlar kimin ayağına yazılsın? Bu rayonlar məgər rayon deyilmi? Ayaz Mütəllibov xocalılardan rəsmi üzr istəməsə də, “ulu öndər”dən üzr istədi. Məncə Ayaz Mütəllibovun xocalılardan üzr istəməsindənsə, Heydər Əliyevdən üzr istəməsi ürəyinizə yağ kimi yayıldı. Eldar Namazov sizə cavab vermədi, ya da cavab verməkdən vaz keçdi. Fəzail müəllim, siz və sizi kimilər tarixdə qalmayacaqsınız. Ancaq Ayaz Mütəllibov və Əbülfəz Elçibəy tarixdə qalacaqlar. Onlar həmin dövrdə Prezident vəzifəsinin daşıyıcıları olublar. Söhbət şəxsiyyətdən getmir, dövlətin birinci şəxsinin tutduğu postundan gedir. Mən bilmirəm, siz nə alimisiniz, heç önəmli də deyil – bir də bilmək istəyirəm ki, yeddi rayonun işğalı dövrü Prezident işləmiş şəxsə bu qanundan pay düşürmü? Yəqin Eldar müəllimin hafizəsi korlandığından, bunları sizə xatırlada bilmədi. Bir neçə həmkarlarınız var ki, onları ekranda görəndə insanın beynindən onları ölüncəyədək döymək keçir. Bu adamlardan da biri sizsiniz. Hələ gör həmkarınız Aydın kişi nə deyir ? Müstəqilliyimizin 20 illiyindən iki il çıxmaq lazımdır. On səkkiz illliyini qeyd etsək, yaxşı olar. Bu da YAP-ın baş biləni və baş tutanı. Bir də deyirsiniz ki, Azərbaycanda siyasi mənsubiyyətinə görə təqib olunan yoxdur. Təki elə olsun. Ancaq Əbülfəz Elçibəyin dövründə hakim ailəyə yaxın olan Hafiz Paşayev Amerikaya səfir göndərildi. Elə birinci xanımın da (Mehriban Əliyeva) yaxınları yaxşı vəzifələrdə işləyirdilər. Fəzail kişi, siyasi mənsubiyyətinə görə o zaman təqib yox idi. Fəzail müəllim, vallah ermənilərin ağlı azalıb. Zaqafqaziyada bir qalib Prezident var. O da Levon Ter-Petrosyandır. O, Prezidentliyi dövründə Azərbaycanın 11 rayonunu işğal edib. YAP-çıların dediyinə görə, ulu öndər oplmasaydı, rayonların sayı arta bilərdi. Erməniyə əgər Qarabağ lazım idisə, onu da Petrosyan işğal edib. Özü də öz postunu qalib kimi tərk edib. İndi adama qəribə gəlir. Onda nə üçün Yerevanda Petrosyan küçədə azad gəzə bilmir. Deməli, başqa məqamlar da var. Mən elə bilirdim ki, Petrosyanın heykəllərini Ermənistanın hər yerində ucaldacaqlar. Ancaq əksinə oldu. Bu suallara cavab verə bilərsinizmi, ey dahi alim, Fəzail kişi? Belə məsələlərdə ekrana çıxmayın. Bir nəfər tapılıb sizin cavabınızı verəcək. Qaldı Eldar Namazova, bu fağırlıqla o, heç nə edə bilməz. Bir də Fəzail müəllim, elə vətənpərvərsinizsə, cəbhəyə gedin, orada “politrub” işləyin. Sizin qorxmaz və igid adam olduğunuzu Sürət Hüseynov yaxşı bilir.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button