Fərəməz Novruzoğlu Çingiz Xandan yazdı

Miladi tarixiylə 1206-cı ildə bütün türk-moğol toplumunun Böyük Xuralı (xalq qurultayı) toplandı. Qurultayda Kabul xanın nəticəsi, Ambakay xanın nəvəsi, Yesuqey Bahadırın oğlu, Börüçiginlər qəbiləsinə mənsub olan Temuçin “Çingiz xan” ünvanıyla böyük xan seçildi.
Göytürklər və Uyğur xaqanlığından sonra Çin səddindən şimalda – ucsuz-bucaqsız Çöldə dağınıq halda yaşayan türk-moğol qəbilələri 400 illik fasilədən sonra yeni bir imperatorluq qurmaq yolunda ilk addımlarını atırdı. O vaxt heç kəsin ağlına da gəlmirdi ki, dünyanın ən böyük imperatorluğunun təməllərini atırlar. Buna inanan tək bir adam vardı – Tanrının oğlu Çingiz xan! Bu, həmin o Çingiz xandır ki, bəşər tarixinin ən böyük sərkərdəsi, dünyanın gəlib-keçmiş ən ədalətli xaqanı ünvanını daşıyır…
Çingiz xan moğol-türk qəbilələrini “Tanrının çatısı” adını verdiyi bir bayraq altında birləşdirdikdən sonra ilk hədəfi Çin ölkəsi oldu. O zaman Çində 3 xanədanlıq hökm sürürdü – Şimal-qərbi Çində Tanqut krallığı, Şimaldakı Jin, Cənubdakı Sonq imperatorluqları. İlk savaş Tanqut krallığına qarşı gerçəkləşdirildi.
Səfər yürüyüşündə xanla yanaşı at sürən gənc xatunu Kulan ona deyir:
– Böyük Çölün tüm kabilelerini tek bir bayrak altında birleştirdin, bunu başardın. Savaşmayı artık burakmıyacakmısın?
Böyük xaqan bir qədər xəyala daldıqdan sonra deyir:
– Ben bu işe başladığımda kendi gölgemden başka arkadaşım yokdu. Sahib olduğum tek silahım da bindiğim atın kuyruğunu keserek yaptığım kamçıydı. O zaman Burhan-Haldun dağına giderek Tanrı karşısında bir söz verdim. Söz verdim ki, tüm dünyaya sülh getirmek için savaşacak, tüm xalqların ve dinlerin kardeşce yaşayacağı bir dünya imperatorluğu kuracağım. Şimdi ben verdiğim sözü tutmazsam, Tanrı karşısında en büyük günah işlemiş olurum. Yaşadığım sürece sınırlar ortadan kalkana kadar feth edeceğim! Hareket özgürlüğü ticareti gelişdirecek, kültür ve geleneklere sayğı duyulacaq ve hayat zenginleşecek. Daha fazla kan akmaması için kan tökülmesi gerekiyor!

P.S. Çingiz xanla xatunu arasında keçən dialoq tarixi faktdır. Bu fakt 1240-cı ildə 2-ci Böyük xaqan Ugedeyin göstərişi ilə qələmə alınan “Moğolların gizli tarixi” adlı əsərin Ahmet Temir tərəfindən türk dilinə tərcüməsi və rus dilindəki tərcümədə – “Сокровенное сказание”də öz əksini tapıb.
P.S.S. Uzun illərdir Çingiz xan haqqında araşdırmalarımı davam etdirirəm. Xeyli fakt toplamışam. Artıq onları yazı halına gətirmək və dərc etdirməyi düşünürəm. Asudə vaxtlarımda yazını davam etdirəcək və əgər razılıq verərsə, dostum Evez Zeynallinın “Xural”ında dərc etdirmək fikrindəyəm. Yəqin ki, mart ayına qədər xeyli iş görə bilər və martın əvvəllərindən yazıların dərcinə başlaya bilərik. Bacardıqca obyektiv olmağa çalışacaq, yalnız tarixi faktlara əsaslanacağam. İnandırıram sizləri ki, müsəlman yazarlar Şihabəddin ən-Nəsəvi, Cuveyni, Fəzlullah Rəşidəddin, rus salnaməçilər, Karamzin, Solovyov, İakinf (Biçurin), Radnaev və Bartold kimi klassiklərin əsərlərindən gətiriləcək sitatlardan Çingiz xan və davamçılarının nə qədər ədalətli, sözünə bütöv, bağlanan sazişlərə sadiq hökmdarlar olduqlarını görəcəksiniz. Bir sözlə Çingiz xan bəşər tarixində tayı-bərabəri olmayan bir fenomen olub.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button