Fərman Dəmirqol təkrar “Qaynar Qazan”da-ŞOK MÜSAHİBƏ&VİDEO

Fərman Dəmirqolla “Qaynar Qazan”da götürülən birinci müsahibə (sentyabrın 3-də Xural TV kanalında) Azərbaycanda və azərbaycanlıların yaşadığı ölkələrdə ciddi rezonans doğurub. 1994-1995-ci illərdə baş verən hadisələrin pərdə arxasından bəhs edən Fərman Dəmirqolun 25 ildən sonra verdiyi bu şok müsahibə bu gün belə ölkənin siyasi məkanının zirvəsinə yerləşib. Müsahibədən sonra sabiq baş nazir Pənah Hüseyn, sabiq daxili qoşunların komandanı Fəhmin Hacıyev, Azərbaycanın 1-ci prezidenti Ayaz Mütəllibov məsələyə münasibət bildirib, zəng edib fikirlərini bölüşüblər. Eyni zamanda onlarla zəng və rəy almışıq. Zatən Fərman Dəmirqolla müsahibədə də 2 saat 19 dəqiqənin yetərli olmadığını hiss etmişdik, çünki siyahımızda verilməyən çoxlu suallar qalırdı. Gələn rəylər, mövzunun aktuallığı və yaranan rezonansdan sonra Fərman Dəmirqolla danışdıq və onunla müsahibənin davam etməsini xahiş etdik. Fərman bəy razılaşdı və qərara gəldik ki, bu gün “Qaynar Qazan”da daha bir müsahibə etmək qərarına gəldik. Beləliklə, yeni sualları olan varsa buyursunlar.
Xüsusi qeyd edək ki, Pənah Hüseyn Fərman Dəmirqolla debat üçün İstanbula gəlməyə hazır olduğunu bildirdi. Fərman bəy onunla debata razı olmadı, tək çıxmaq istədiyini dedi. Amma güman ki, Pənah Hüseyn telefonla canlı yayına qoşulacaq. Canlı yayına başqaları da qoşulacaq və biz istərdik ki, adı çəkilən insanlar da qoşulub öz sözlərini desinlər… Qoy hamı bildiyini danışsın ki, qaranlıqlar yarılsın!..
Çox maraqlı və əhəmiyyətli müsahibə olacaq. Bizimlə vaxtınız hədər getməyəcək!

Xural.com bu gün baş tutan və 2 saat 51 dəqiqə davam edən müsahibəni tamaşaçılarına təqdim edir:

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button