Fəzail Ağamalı Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşlər keçirib

Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı 1, Varlı 2 və Peyk kəndlərində növbəti görüşləri keçirilib. Çoxsaylı seçicilərin fəallığı ilə müşayiət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayanıblar.
Fəzail Ağamalı dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 90-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən və dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı.

Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli Liderimizin yanında olmağından şərəf duydugunu və dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi və ölkə prezidenti cənab İlham Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri üzərində dayandı.
Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda ona uğurlar arzuladılar.
Seçicilərlə görüşdən sonra Fəzail Ağamalı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhid Salahov İntiqamın atası Salahov İsrafil və şəhid Maarif Zeynalabdinovun anası Sürəyya xanımı ziarət etdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button