Facebook şərhinə görə keçmiş nazir ekspertdən 50.000 manat tələb edir

natiq-fikrət

Keçmiş nazir iddia edir ki, Natiq Cəfərli Facebook şərhlərində onu təhqir edib, ona görə 50 min manat cərimə edilməlidir.

​Yasamal rayon Məhkəməsi keçmiş maliyyə naziriFikrət Yusifovunun REAL hərəkatının icra katibi Natiq Cəfərliyə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesini təxirə salıb.

Buna səbəb noyabrın 3-də keçirilən prosesə Natiq Cəfərlinin gəlməməsi olub.

Bu barədə AzadlıqRadiosuna iddiaçı tərəfin nümayəndəsi Bayram Sadıqov məlumat verib.

Nümayəndənin dediyinə görə, Natiq Cəfərli məhkəməyə vəsatət yollayıb, yaşayış yerinin Səbail rayonu ərazisində olduğunu əsas gətirərək şikayətə də bu rayon məhkəməsində baxılmasını istəyib.

Hakim Sərdar Mehrəliyev bildirib ki, Natiq Cəfərli yaşayış yeri barədə sənədini məhkəməyə təqdim edərsə, onun bu vəsatətinə baxılaraq müsbət qərar verilə bilər.

Fikrət Yusifov iddia edir ki, Natiq Cəfərli öz Facebook səhifəsində onu təhqir edib, şərəf və ləyaqətini alçaldıb. Buna görə də Fikrət Yusifov maddi zərər kimi 45 min manat, mənəvi zərər kimi isə 5 min manatın Natiq Cəfərlidən tutularaq ona verilməsini istəyir.

Natiq Cəfərli isə bu cür məhkəmə çəkişməsini müstəqil ekspert rəylərinə qarşı bir basqı sayır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button