“Facebook”un qurucusu dünyanın üçüncü ən varlı adamı oldu

“Facebook”un banisi Mark Zuckerberg investor Varren Baffeti ötərək planetin 3-cü ən varlı adamı olub. İndi onu siyahıda “Amazon” şirkətinin rəhbəri Jeff Bezos və “Microsoft” şirkətinin rəhbəri Bill Geyts qabaqlayırlar.

Bu barədə “Bloomberg”in son məlumatında belə deyilir. Mənbənin məlumatına görə, Zuckerberg üçlüyə “Facebook” un səhmlərinin 2,4 faiz bahalaşması hesabına düşüb.

Hazırda 34 yaşlı Zuckerbergin 81,6 milyard dollarlıq sərvəti var ki, bu 87 yaşlı Buffetin varından 373 milyon dollar çoxdur.

Rusiyalı hakerlərin ABŞ-da keçirilən son prezident seçkiləri ərəfəsində “Facebook”un platformalarından fəal şəkildə istifadə etmələri, bu ilin martında şirkətin səhmlərinin kəskin düşməsinə səbəb olmuşdu. Amma bazar iştirakçılarının etibarı şirkətin bu itkiləri doldurmasına kömək elədi.

Vaxtilə dünyada ən zəngin adamı olan Varren Baffett 2006-cı ildən geniş xeyriyyəçilik fəaliyyətinə başlatdıqdan sonra reytinqi düşməyə başlayıb.

Həmin vaxtdan bu yana o, rəhbərlik etdiyi “Berksire Hathway” şirkətinin 290 milyonluq səhmini müxtəlif xeyriyyə təşkilatlarına ,xüsusilə də Bill və Melinda Geyts Fonduna köçürüb. Bu səhmlərin dəyəri hazırda 50 milyardı aşıb. Mark Zuckerberg də öz sərvətinin 99 faizini həyatı boyu xeyriyyə məqsədlərinə sərf edəcəyini vəd edib.

Azadlıq radiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button