Faciə qurbanlarının xatirəsi anıldı – FOTO

1Paytaxt sakinləri yanan binanın qarşısına axışdı

 Dünən saat 18.00-dan başlayaraq Azadlıq prospektində yanan 17 mərtəbəli yaşayış binasının qarşısında hadisədən həyatını itirənlərin xatirəsi anılıb.
 
Aksiya iştirakçıları binanın qarşısına qərənfillər düzərək, şam yandırıblar. Faciədə həyatını itirən uşaqlara üçün isə güllərin üzərinə oyuncaqlar qoyulub.
Yüzə yaxın polisin nəzarəti altında faciəyə biganə qalmayan insanlar mərhumların ruhuna dualar oxuyub, xatrilərini yad ediblər.
Polis insanların kütləvi şəkildə binaya yaxınlaşmasına və bina ətrafında hərəkət etməsinə icazə verməyib.
Aksiya iştirakçıları arasında qadın və kişilərlə yanaşı, azyaşlılar və ahıllar da vardı. Məktəblilər və tələbələr aksiyada çoxluq təşkil edirdilər. Onlar əllərində Azərbaycanın dövlət bayrağını tutaraq dövlət himnini səsləndiriblər. Ziyarətçilərin ümumi sayı 500 nəfərdən çox olub.
azxeber.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button