Faiq Əmirli azadlıqda

“Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin müavini Faiq Əmirli sentyabrın 15-də həbsdən buraxılıb. Bu barədə Bakı Apelyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası qərar verib.

Qərara əsasən, Faiq Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub. Eyni zamanda, ona 3 il sınaq müddəti təyin olunub.

Faiq Əmirli həbsdən buraxılsa da, qərar onu və vəkilləri qane etmir. Onlar bəraət istəyir, bu səbəbdən Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button