“Fatmagülün suçu nə?” serialının aktrisası Bakıya gələcək

Yayımlandı: 7 Avqust 2024 15:06

Sumru Yavrucukun “Şerli Valentin” monotamaşası Akademik Musiqili Teatrda nümayiş olunacaq

Türkiyəli kino və teatr aktrisası Sumru Yavrucukun “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edəcəyi bildirilir.

Mədəniyyət Nazirliyinin məlumatına görə, tamaşa oktyabrın 5 və 6-da Akademik Musiqili Teatrda olacaq.

İkipərdəli monotamaşada gündəlik həyatın cansıxıcılığında itib-batan Şerli Valentinin hekayəsi diqqət mərkəzinə çəkilir.

O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır.

Tamaşanın rejissoru Sumru Yavrucukun özüdür.

O həm də tamaşadakı bütün obrazları canlandırır.

Sumru Yavrucuk “Yabancı damat” serialındakı obrazı ilə məşhurlaşıb.

Daha sonra “Fatmagülün suçu nə?”, “Şahanə həyatım”, “Evlilik haqqında hər şey” kimi seriallarda çəkilib

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button