Fazil Mustafa: “Biz ermənilərin “Ararat dağı” ideyasını göz dağına çevirməliyik”

Deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında ordumuzun uğurlu hərbi əməliyyatları barədə danışıb.

“Amma bir şeyi unutmamalıyıq ki, bölgəmizdə Ermənistan adında dövlət qalacaq və bizi öz terrorçu hərəkətləri ilə məşğul edəcək”,- deyə millət vəkili əlavə edib.

Musavat.com xəbər verir ki, deputat əlavə edib ki, ona görə də gələcəkdə Ermənistanın yarada biləcəyi problemlərin qarşısını almaq barədə düşünməliyik. F.Mustafa qeyd edib ki, bu günlərdə Iğdır bələdiyyəsi Ağrı dağını Azərbaycan və Türkiyə bayrağı ilə işıqlandırılacağını deyib: “ Biz ermənilərin “Ararat dağı” ideyasını göz dağına çevirməliyik və Ermənistanı mənəvi basqı altında saxlamağı bacarmalıyıq”.

F.Mustafa bir məsələyə də diqqət çəkərək deyib ki, bu, ikinci yox, üçüncü Qarabağ savaşıdır: “Biz bütün məsələlərdə Cümhuriyyət varisliyini qorumalıyıq. Cümhuriyyət dövründə Azərbaycan ordusunun əsas hissələri Qarabağda savaş aparırdılar. Bu, bizim üçüncü Qarabağ savaşımız kimi qeyd olunmalıdır”.

Deputat ölkə TV-lərinə də müraciət edib: “Bütün Türkiyə türkcəsindən, Anadolu türkcəsindən dublyajlar efirdən yığışdırılmalıdır!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button