Rubrikalar: GÜNDƏM KÖŞƏ YAZARLARI XuralTAC

Fazil Mustafa: “Cahil, nadan iqtidarçı və ya müxalifətçi görəndə məyus oluram ki…”

Fazil Mustafa, Millət vəkili

Keçmiş baş nazir Pənah Hüseyn telefonla arayaraq bir neçə partiya sədrləri ilə birlikdə Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə etməyi təklif etdi və bildirdi ki, görüşdə BAXCP sədri Q.Həsənquliyev, BAP sədri E.Musayev və AMİP sədri A.Əlizadə iştirak edəcək.

Bütün mədəni, siyasi və elmi müzakirələrə açıq bir şəxs kimi təklifi qəbul etdim və bir kafedə çay süfrəsi arxasında gilas mürəbbəsinin də müşayiəti ilə maraqlı müzakirə apardıq. Yəni siyasi kimliyi olan bir neçə azərbaycanlı oturub bir arada normal, səmimi ölkəmizin daxili və xarici durumunu müzakirə etdik. Nə yeni bir təşkilat yarandı, nə kimsə kimsəyə yumruq atdı, nə hansısa təşkilatın və şəxsin əleyhinə danışıldı. Bir saata iki çaynik çay istehlak edərək ayrıldıq.

Sonda Pənah bəy söylədi ki, bu qeyri-rəsmi söhbətləşmə barədə sosial şəbəkədə və mətbuatda bilgi vermək istəyir, orada olan partiya sədrlərindən kimsə buna etiraz etmədi. Sonra Pənah bəy bu görüş barədə öz profilində qısa bir mətn içində bilgi yazdı. Yəni bura qədər hər şey yolunda getdi. Bəs sonra nə oldu?

O oldu ki, Azərbaycanda cəhalətın, nadanlığın, danabaşlığın yalnız dini sferada baş alıb getmədiyi, həm də siyasi sferada tüğyan etdiyi üzə çıxdı. İçində qondarma professoru, siyasət bilicisi və başqa kateqoriyadan olanlar rəy yazaraq düşdülər Pənah bəyin üzərinə ki, bəs sən niyə Milli Məclisdə təmsil olunan mənimlə və Qüdrət bəylə görüşmüsən?

Allah-allah, bu ölkədə həqiqətən keçinin qoturu özünə sığışdırıb bulağın gözündən su içmək istəmir! Bu nə düşüncə, bu nə anlayış! Başqa xalqlar deyirlər ki, siyasətçilərimiz bir araya gəlib mədəni müzakirə aparsınlar, ölkənin problemlərindən çıxış yolları axtarsınlar, bunlar isə əksinə, deyirlər ki, niyə bir-birinizə düşmən olmursunuz.

Sonra da hakim partiyaya irad bildirirlər ki, niyə müxalifətlə dialoq aparmır. Bu cür xəstə müxalifətçiliyin daşıyıcıları olan yerdə bu müzakirə necə aparıla bilər? İnanın ki, bəndəniz istər iqtidarda, istər müxalifətdə, istər də siyasətdən uzaq fəaliyyəti olan hər hansı bir azərbaycanlı görəndə həvəslə müzakirə aparıram ki, ölkəmizin gələcəyi üçün hamımız birlikdə necə hərəkət edə bilərik? Cahil, nadan iqtidarçı və ya müxalifətçi görəndə məyus oluram ki, birdən bunların sayı daha çox olar və ölkəmizin gələcəyini sağlam təməldə qurma arzularımız gerçəkləşməyə bilər.

Düzsünüzsə, dürüstsünüzsə, yalandan müxalifətçi donuna girib başınızı illər boyu boşuna girələməyin, iqtidarlı-müxalifətli Azərbaycana bağlı insanlarla dialoqdan imtina etməyin, ölkəmizi gözləyən xarici və daxili təhlükəyə qarşı vətəndaş fəallığı göstərin, göstərməsəniz belə, azərbaycanlılar arasında barışmazlıq baryerlərini aradan qaldırmağa çalışanlara heç olmazsa mane olmayın.

Milli Məclisdə təmsil olunmağa gəldikdə isə, bir şey deyə bilərəm ki, bütün platformalarda yalnız öz mövqeyimi – doğruluğuna əmin olduğum, milli maraqlarımız üçün zəruri hesab etdiyim, vətəndaşımızın dərdinə az-çox məlhəm ola biləcək mövqeyi sərgiləyirəm. Ağıllı insanlara bunun əlavə şifrəsini açmağa gərək varmı?

Bütün səmimi dialoq aparanların içdiyi çaylar nuş olsun!

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Yaxın vaxtlarda Ərdoğan və Putin arasında yeni görüş keçirilə bilər – TƏHLİL

İqor Subbotin “Nezavisimaya qazeta”, 22.10.2020   Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın oktyabrın 22-də Moskvaya səfəri fonu Ankarada Dağlıq…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan: “Bu səhər İlham Əliyevlə danışdım”

"Azərbaycanlı qardaşlarımız bu mübarizədən qalib çıxacaqlar". "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri Kayseri şəhərində çıxış…

25 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mehriban Əliyeva xalqa çağırış etdi – “Daha diqqətli olaq!”

"Biz bu günədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin…

23 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk edəcək – bu qədər sadə”

Türkiyənin müdafiə naziri Hulusi Akar növbəti dəfə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmaq üçün apardığı mübarizəyə dəstək verib və işğalçı Ermənistana,…

22 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Mustafa Şəntop “İmamzada”nı ziyarət edib

Türkiyə Böyük Mİllət Məclisinin sədri Mustafa Şəntop Gəncəyə səfəri zamanı "İmamzada" kompleksində olub. Xural.com xəbər verir ki, bu haqda M.Şəntopun…

22 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Qondarma rejimin keçmiş rəhbərləri Qukasyan və Saakyan həyəcanlı xəbəri çatdırmaq üçün Yerevana qaçdı

Qarabağdakı qondarma erməni rejiminin (bu oyuncaq rejimin sonuna az qaldığına əminik,-red.) keçmiş rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan təcili qaydada…

20 Oktyabr 2020
Xural.COM