Fazil Mustafa dövlət televiziyasını sərt tənqid etdi

Millət vəkili Fazil Musatafa İctimai Televiziyanı tənqid edib.

Deputat telekanalın efirində yayımlanan veriliş barədə kəskin şəkildə narazılığını bildirib.

“İctimai Televiziyadakı veriliş diqqətimi cəlb etdi. İmamzadanın kəramətindən danışırdılar. Molla danışdı, alimciyəzlər danışdı, dinimizin əsasının İmamzadalar olduğu, bu ziyarətlərin insanın kamilləşməsinə faydası izah olundu, milli-mənəvi dəyərlərimizin əvəzolunmaz atributları olan ziyarətgahların qorunmasının vacibliyini vurğuladılar. Sonra deyirlər ki, niyə cahillik, xurafat baş alıb gedir” – Fazil Mustafa qeyd edib.

Deputat verilişdə səsləndirilən fikirlərə sərt reaksiya verib:

“Bu təbliğatı hansı ağıl sahibi düşünüb. 21-ci əsrdə bu milləti hansı nadanlığın əsirinə çevirməyi hədəfləyib. Anlamaq həqiqətən çətindir. İnanın ki, o şou verilişləri bundan daha az zərərlidir, cəmiyyətimiz üçün təhlükəni burada axtarmaq lazımdır”.(minval.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button