Fazil Mustafadan təhsil nazirinə dəstək

fazil mustafa27.07.2013

“Hicaba görə müəllimə və yetkinlik yaşına çatmış məktəbliyə təhsil qadağası qoymaq kökündən yanlışdır”

Milli Məclisin deputatı Fazil Mustafa özünün Facebook səhifəsində hicabla bağlı Təhsil Nazirliyinin son açıqladığı mövqeyə münasibət bildirib.

Millət vəkili, Təhsil Nazirliyinin hicabla bağlı son mövqeyinin Azərbaycan Respublikasının Konstitusiyasına və Təhsil Qanununa tamamilə uyğun olduğunu və bu mövqeni dəstəklədiyini qeyd edib.

Onun fikrincə, qanunvericilikdə insanların inanclarına uyğun geyim formasına müdaxilə etməyə əsas verən heç bir norma yoxdur: “Hicaba görə müəllimə və yetkinlik yaşına çatmış məktəbliyə təhsil qadağası qoymaq kökündən yanlışdır və bu lüzümsuz mübahisələrə və cəmiyyətiçi qarşıdurmaya rəvac verir. Bundan isə daha çox qonşuluğumuzda olan saxta İslam təəssübkeşləri ölkəmizdə vəziyyəti gərginləşdirmək üçün istifadə edirlər. Əlbəttə, Təhsil Nazirliyindən hicabla məktəbə gəlməməyin məqsədəuyğunluğu barədə müəllimlərə verilən tövsiyəni anlayışla qarşılamaq olar, ancaq bu tövsiyyənin daha çox uyğunsuz geyimlərdə məktəbə gələnlərə qarşı səsləndirilməsi daha yerində olardı“.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button