Fazil Qasımovun 19 gündür aclıq etdiyi bildirilir

İstanbul Universitetinin doktorantı, iqtisadçı-alim Fazil Qasımov 19 gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.

Bu barədə “Turan”a onun qardaşı Nazim Qasımov bildirib. Dünən axşam o, qardaşı ilə telefonla danışıb: “Qardaşımın vəziyyəti çox ağırdır. Aclıq etməsinə baxmayaraq, onu ümumi kamerada saxlayırlar. Ancaq tibbi nəzarət var. Həkimlər vaxtaşırı təzyiqini ölçürlər. Dünən təzyiqi 70/50 olub. Fazilin səhhəti zəifləyib. Səsi çox yavaş gəlirdi. Təcridxanaya girəndə 80 kiloqram idi. Hazırda 60 kiloqramdır”.

Qardaşının sözlərinə görə, F.Qasımov dərman və qidadan imtina edir. “Mən israrla Fazildən aclığı dayandırmasını xahiş etdim. Ancaq o, yola gələn deyil. Aclığı sona qədər davam etdirmək niyyətindədir”.

F.Qasımovun vəkili Rövşanə Rəhimova “Turan”a bildirib ki, müdafiə tərəfi iqtisadçının ev dustaqlığına buraxılmasından imtina edilməsindən apellyasiya şikayəti verib.

F.Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, saxta pul hazırlamaqda ittiham olunur. Müdafiə tərəfi ittihamları qəbul etmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button