Fernandu Santuş Azərbaycan yığmasının baş məşqçisi oldu

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş bu gün, iyunun 13-də ölkə ictimaiyyətinə təqdim olunub.

Bu münasibətlə Bakıda mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirib ki, 70 yaşlı çalışdırıcının qarşısına bir sıra məqsədlər qoyulub: “Əsas məqsədlərdən biri 2028-ci ildə Avropa çempionatının seçmə mərhələsində uğurlu nəticə göstərmək olacaq”.

F.Santuş da ümid etdiyini bildirib ki, Azərbaycan böyük yarışlara onunla birlikdə yollanacaq

70 yaşlı çalışdırıcı ilə “3+1” illik müqavilə imzalanıb. Amma təzminat və maddi məsələlər açıqlanmır.

F.Santuş buna qədər Yunanıstan, Portuqaliya, Polşa yığmaları və bəzi klubları çalışdırıb. O, 2016-cı ildə Portuqaliya millisinə rəhbərlik edərkən həmin komanda Avropa Çempionu olub. Amma onun sonradan Polşa yığmasında fəaliyyəti qısa olub və uğurlu sayılmayıb. Portuqaliyalı mütəxəssisin sonuncu iş yeri Türkiyənin “Beşiktaş” klubu olub. Orada da onun fəaliyyəti qısa olub və onunla müqavilə vaxtından əvvəl dayandırılıb.

Futbol üzrə Azərbaycan yığma komandasında F.Santuşun sələfi italiyalı mütəxəssis Canni De Byazi olmuşdu

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button