Rubrikalar: MARAQLI XuralTAC

FHN-də ZABİT KONTİNGENTİNİN MARAĞI… – Polkovnikdən biabırçı açıqlamalar

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə və KİV-lərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrinə paylanılan kitab müzakirələrə səbəb olub. Kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ”Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi”dir.

Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə paylanıb. Xəbərə görə, kitabı oxuyanlar şoka düşüb. Maşın və mühərrik haqda olan kitabdakişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məslələr yer alıb, qadınlar mühərriklə müqayisə edilərək aşağılanıb.

Məsələ ilə bağlı kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımo Unikal.org-a müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

Yazdıqlarınıza görə sizi təhqir edənlərə nə deyərdiniz?

-Mən Quran oxuyur, namaz qılıram. Düzdür, özümü dindar saymıram. Ancaq Allahın buyurduğu islam qaydalarına bacardığım qədər əməl edirəm. Mən kitabımda insanları islam əxlaqına səsləmişəm. Əsas məssəblərimdən biri bu olub. Uzun illərdir insanlar arasında işləyirəm. Bilirəm ki, insanlar ən çox nələrə maraq göstərirlər. Kitab müəllif kitabıdır. Nə lazımdırsa orada yazmışam. Bu kitaba heç kim qadağa qoya bilməz. Məni şərləyirlər. Bu, mənə atılan ilk böhtan deyil. Son bir neçə ayda mənə çoxlu böhtanlar atılıb. Mən elm adamıyam. Tarix elmləri namizədiyəm. Ürəyim sözlə doludur.

-Bəs maşın yağı ilə seksin nə əlaqəsi var?

-Bax siz jurnalistsiz. Ədəbi mozaika deyilən bir janr var. Bu texniki kitab olduğuna görə, sekslə bağlı fikirlər səsləndirmişəm. Məqsədim budur ki, kitabımı oxuyan adam darıxmasın və yorulmasın. Digər tərəfdən mən zabit kontingenti ilə çalışıram. Maxe, gizirlər onsuzda kitab oxumurlar. Onların maraqlarını mən bilirəm. Mən ona görə belə yazmışam ki, heç olmasa hərbçilər bu amilə görə kitabımı maraqla oxusunlar. Maşın yağı ilə seksin əlaqəsini də onların kitaba olan maraqlarının artması üçün yazmışam. Həmçinin, burada atalar sözləri, hədislərdən də istifadə etmişəm.

– Məlumat yayılıb ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olan kitabınızla bağlı sizi işdən azad edib. Bu barədə nə deyə bilərsiz?

-Xeyir, vəzifəmdən azad olunmamışam. Sadəcə olaraq mənə öz xoşumla məcburi ərizə yazdırmaq istəyirlər. Ancaq mən isə ərizə yazmaqdan imtina edirəm. Çalışırlar ki, məni razı salsınlar.

Böyütmək üçün şəkillərə klikləyin

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM