FHN məlumat yaydı

fhnFHN Bakıda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Bakının Sabunçu rayonunda baş verən yol qəzası barədə məlumat açıqlayıb.

xural.com  -un FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “VAZ” və “Mercedes” markalı 2 minik avtomobilinin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

“VAZ” markalı avtomobilin sərnişini həlak olub, sürücüsü xəsarət alıb, digər avtomobilin  sürücü və sərnişini xəsarət alıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədi və yaralıları nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil verib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 10:50-də başa çatıb.

xural.com 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button