FHN “Xalq Bank”dakı partlayışla bağlı açıqlama yaydı

bank part

Fövqəladə Hallar Nazirliyi bu gün səhər saatlarında Bakıda baş verən partlayışla bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq diqər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirib.

Əməliyyat saat 13:07-də başa çatıb.

Qeyd edək ki, sözügedən anbar “Xalq bank”a aiddir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button