FHN yanğınlardan xəbər verdi

01227.07.2013

Binəqədi rayonunda “VAZ 2106” markalı minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əraziyə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını ala biliblər.
Avtomobildə Teymuraz Məmmədovun yanmış cəsədi aşkar olunub.

Sabunçu rayonunda ümumi sahəsi 1000 kvadratmetr olan istixananın 500 kvadratmetrlik hissəsi içərisindəki quru otla birlikdə yanıb. Yanğınsöndürənlər alovun istixananın qalan hissəsinə və yaxınlıqdakı evə keçməsinin qarşısını alıblar.

Nəsimi rayonunda ikimərtəbəli binanın divarından keçən qaz boru xəttində alışma baş verib.
Nəticədə binanın birinci və ikinci mərtəbələrinin pəncərələrində quraşdırılan iki kondisioner və antena kabelləri yanıb, pəncərələrin çərçivələri əriyib.

Yanğınsöndürənlər alovun binanın içərisinə keçməsinə imkan verməyiblər.

Hadisələrlə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button