FHN:”Rusiya gəmisində baş verən yanğın tam söndürülüb”

14614073285660744987_1000x669

Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Adminstrasiyasının və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyinin” QSC-nin birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2” tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına “SOS” siqnalı daxil olub. Dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button