“Fikirlərini ifadə edərkən diqqətli olsunlar” – ATV-də iclas

"Fikirlərini ifadə edərkən diqqətli olsunlar" - ATV-də iclas

Bu gün “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasında Bədii Şuranın iclası keçirilib.

Axşam.az-ın məlumatına görə, iclasda ötən gün yayımlanan “Gündəlik” verilişi müzakirə olunub.
Telekanaldan yayılan məlumatda bildirilir:

“Sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlərin bilərəkdən dəyişikliyə məruz qalaraq, kontekstdən çıxarılaraq təqdim edilməsi qiymətləndirilib. ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar. Çünki bəzi məkrli media qrumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər. Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar.

Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyişiklik edərək şou verlişlərin yayımını dayandırıb, bundan başqa, hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb. Bəzi həmkarlarımızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button